Mahmud Əhmədinejad və Əli Laricani İranda keçiriləcək prezident seçkilərində iştirak üçün təsdiqlənən namizədlər siyahısına düşməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı yazıb.
Mənbə qeyd edir ki, siyahıda altı siyasətçinin adı var.
Yeri gəlmişkən, prezident seçkilərinə namizəd kimi təsdiq olunmaq üçün İslam respublikasında daha öncə 80-dən çox şəxs qeydiyyatdan keçmişdi.
Konstitusiyanın qorunması şurası onların tələblərə uyğun gəlib gəlmədiyini qərarlaşdırmalı və yekun siyahını 11 iyunda təqdim etməlidir.
Ancaq KİV indidən İranda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını yayıb.
Məlumata görə, aralarında hazırkı parlament sədri, Tehran meri, deputat, keçmiş nazir olmaqla yekun siyahıya 6 nəfər daxil edilib:
▪️Məhəmməd Baqer Qalibaf,
▪️Əlirza Zəkani,
▪️Səid Cəlili,
▪️Əmir Hüseyn Qazizadə Haşimi,
▪️Mustafa Purməhəmmədi,
▪️Məsud Pezeşkian.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.
Bizim.Media