Tehrandakı evinin qarşısında tərəfdarları önündə çıxış edən İranın keçmiş prezidenti Mahmud Əhmədinejad qarşıdan gələn prezident seçkilərində öz namizədliyini irəli sürməyi düşündüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri "Azad İran" Telegram kanalı yayıb.
"Hansı addımın xalqın və ölkənin maraqlarına uyğun olduğunu müəyyən etmək üçün vəziyyəti qiymətləndirəcəyəm. Bu dəyərləndirməni yekunlaşdırdıqdan sonra nəticəsini açıqlayacağam", – deyə o, bildirib.
Bizim.Media