Bakının Nizami rayonunda üç piyada yolda dayanan maşının qarşısını kəsiblər.
Bizim.Media "oxu.az"a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında baş verib.
Belə ki, onlardan ikisi qadın, biri kişi olub. Qadınlardan biri "Volkswagen" markalı nəqliyyat vasitəsini yumruqlamağa başlayıb və sürücüdən maşını yolun kənara çəkməsini tələb edib. Daha sonra sürücünün yanında əyləşən xanımı təkidlə avtomobildən düşürüblər. Bununla da aralarındakı gərginlik daha da artıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, yolun hərəkət hissəsində mübahisə edərək digər hərəkət iştirakçılarına maneə yaradan şəxslər ərazi üzrə polis orqanına dəvət olunaraq izahatları alınıb.
Tərəflər izahatlarında şikayətlərinin olmadığını bildiriblər.
Onlarla profilaktiki söhbət aparılaraq belə hərəkətlərin digər sürücülərə ciddi təhlükə yarada biləcəyi barədə izah verilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media