Sosial şəbəkələrdə qaynananın gəlininə fiziki zorakılıq nümayiş etdirməsi ilə bağlı videogörüntü yayılıb.
Bizim.Media xəbər verir ki, hadisənin Lənkəranda baş verdiyi bildirilir. Görüntüdə gəlininə şiddət göstərən qaynananın həm də rayon ləhcəsində onu təhqir etdiyi əks olunub.
MÖVZU İLƏ BAĞLI:
Qətl yoxsa özünəqəsd? – Sabirabadda ölüm həddinə çatdırılan gəlinin telefonu niyə sıfırlanıb? – Əmisi DANIŞDI
Əsəbi soyumayan qaynana ard-arda gəlinə fizik zorakılıq tətbiq edir və saçını yolur. Gəlin isə ona müqavimət göstərməkdən çəkinir.
Kənd caamatının bildirdiyinə görə gəlin kimsəsizdir.
Videogörüntünü təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media