Azərbaycanlı iş adamı Araz Ağalarova şəxsus "Crocus City Hall" konsert zalında qətliam törədən terrorçular Lefortovo istintaq təcridxanasında tək kameralarda saxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları qorxurlar ki, onları ümumi kamerada başqa məhbuslar linç edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə MASH telegram kanalı yazıb.
Mənbə qeyd edir ki, ilkin olaraq Şəmsidin Fariduni, Dalerjon Mirzoyev, Muhammadsobir Fayzov, Rachabalizod Saidakrami və digərləri karantin rejimi ilə əlaqədar tək kamerada olublar. Sonra onları iki və dörd nəfərlik kameralara köçürmək istəyiblər, lakin fikir baş tutmayıb.
Xatırladaq ki, ötən həftə Basmannı məhkəməsi bu iş üzrə 12 müttəhimin həbs müddətini avqustun 22-dək uzadıb.
Bizim.Media