Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO  

Hazırda oxunan: Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO  

191963

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir. 

Bizim.Media nazirliyin saytına istinadən xəbər verir ki, bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Qoca Fərman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. 

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. 

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib. 
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib. 
 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin