Xəbər verdiyimiz kimi Moskvada Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda açılış nitqi ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
O qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurası özünü formalaşmaqda olan çoxqütblü dünyanın mərkəzlərindən biri kimi təsdiq edib:
“10 il ərzində Avrasiya İttifaqı ölkələrinin ümumi ÜDM-i 1,6 trilyon dollardan 2,5 trilyon dollara yüksəlib. Şurada ödənişlərin 90%-dən çoxu milli valyutalarda həyata keçirilir” , - deyə Rusiya lideri qeyd edib.
Bizim.Media