Hazırda Qazaxın işğalda olan Bağanis Ayrım kəndində vəziyyət gərgindir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "Sputnik" agentliyi yayıb.
Mənbə yazır ki, erməni polisi kəndin yaxınlığından Voskepara gedən yolu bağlayıb. Kənd sakinləri isə yolun açılmasını tələb ediblər.
Onlara deyiblər ki, Azərbaycan ordusu düz Bağanis Ayrımın kənarında dayanıb:
"Buna görə ərazidə artıq sərhəd müəyyən edilib və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ yoxdur".
Sakinlər isə bildiriblər ki, bu ərazidə ölçmə işləri aparılır və Bağanisdən Bağanis Ayrımla bitişik Voskepara yolun çəkilməsi üçün hazırlıqlar gedir:
"Köhnə yol bir neçə saat ərzində Azərbaycan tərəfinə keçə bilər".
Bizim.Media