Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı ilə bağlı qərar verildi - VİDEO 

Hazırda oxunan: Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı ilə bağlı qərar verildi - VİDEO 

188420

Moskvada parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbasov iki ay müddətinə həbs edilib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvanın Zamoskvoretski Məhkəməsi qərar verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ


"Abbasov Şahin barəsində iyunun 18-dək 1 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə hakim elan edib. 

İclasda Abbasov qətlin qəsdən baş verdiyini bildirib. Vəkillər Abbasovun ev dustaqlığına buraxılmasını istəyiblər. İclasda müstəntiq bildirib ki, A.Abbasov qaçmaq istəyərkən istintaqı aparılacaq başqa cinayətlər də törədib. 

Qeyd edək ki, Şahin Abbasov Rusiya vətəndaşı Kirill Kovalevin qətlində şübhəli bilinir.   

Aprelin 18-də Kovalev Lyublinoda nişanlısının evinin yaxınlığında avtomobili səkidə saxlayan “Toyota Camry”nin sürücüsü ilə mübahisə etdikdən sonra bıçaqlanaraq öldürülüb.  

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin