Rusiyanın Ufa şəhərində bir sakin bıçaqla polis əməkdaşlarına hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Məlumata görə, Ufada polis sənədlərini yoxlamaq üçün bir adama yaxınlaşıb. Vətəndaş isə buna cavab olaraq bıçaqla onlara hücum edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri yaralanaraq xəstəxanaya yerləşdirilib, ikincisi isə yüngül xəsarətlərlə hücumdan qurtulmağı bacarıb.
Hadisəni törədən şəxs isə saxlanılan zaman özünə xəsarət yetirib. O da hazırda xəstəxanaya yerləşdirilib.
Bizim.Media