“Birmənalı şəkildə söyləyirəm ki, insanlar vaksin olunmalıdırlar. Xüsusilə də ürək-damar xəstəliyi olan şəxslər. Biz öz pasiyetlərimizə də bunu tövsiyə edirik. Onlar qorxurlar ki, vaksin olunsaq xəstəliyimiz artar, çətinləşər. Bu doğru deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.
MÖVZU İLƏ BAĞLI:
Nazirlikdən XƏBƏRDARLIQ - "Küçəyə çıxmayın!"
Həkim bildirib ki, infeksiyaya yoluxan zaman bədəndə xeyli fəsadlar yaranır:
“Hətta xəstə olmayan insanın belə ürəyində problem yaradır. Vaksini vuranda isə orqanizm COVİD-19-a qarşı müdafiəyə keçir. Ona görə də bunu zərəri yox, xeyri var”.
Həkim onu da qeyd edib ki, peyvəndin qoruma müddəti və ya gələcəkdəki fəsadları barədə hələlik məlumat yoxdur:
“Xəstəliklərə qarşı olan peyvəndlər var ki, onların bəzisi müəyyən vaxtda bir neçə dəfə vurulur, bəzi isə bir dəfə ömürlük olaraq vurulur. Yəni peyvənddən sonra bədəndə yaranan antitellər ömürlük qoruyur. Koronavirus peyvəndi isə yenidir”.
Bizim.Media