“Moskva Azərbaycanın Ukraynaya silah tədarükü ilə bağlı yayılan məlumatlara inanmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: "Qərb MDB ölkələri ilə birliyimizi pozmağa çalışır”
Erməni jurnalistin təxribat xarakterli sualını cavablandıran Zaxarova sonda əlavə edib:
“Bu xəbərlər yayılan zaman Azərbaycan tərəfi də rəsmi olaraq mövqeyini bildirərək, yayılan məlumatları təkzib etmişdi. Əsas odur ki, Ermənistanla bağlı heç bir yerdə belə xəbərlər yayılmasın. Əks təqdirdə bu, sadəcə vəhşilik olardı”.
Bizim.Media