Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.
Bizim.Media xəbər verir ki, “Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda” adlı buraxılışda əslən Göyçə mahalının Basarkeçər rayonunun Dərə kəndindən olan araşdırmaçı Niftalı Göyçəli qıpçaq yazısının ermənilər tərəfindən necə mənimsənildiyini üzə çıxarır.
O, Qərbi Azərbaycanda şumer mədəniyyətinin izləri, “Bilqamıs” dastanı ilə “Dədə Qorqud” dastanı arasında paralellər, şumer və urartu olan türk izləri, eyni zamanda, yer və şəxs adlarının türk dilində olması ilə bağlı tarixi faktlar açıqlayır.
Araşdırmaçı həmçinin tapılan qayaüstü rəsmlər, eləcə də xristianlığa qədərki abidələrdə göytürk yazısı haqqında danışır.
N.Göyçəli sonda Qərbi Azərbaycanda alban irsi, xristian-qıpçaq mədəniyyəti, kilsələr və digər abidələr barədə maraqlı məqamlara toxunur.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media