Artıq bir neçə gündür ki, yağan intensiv yağışlar Kürdəmirdə də bir sira fəsadlar törədib. Rayonda normadan artıq yağan yağış suları bir neçə küçədə gediş-gəlişi tamamilə məhdudlaşdırıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağış suları əsasən rayonun Bakı prospekti, Xanlar Səfərəliyev, Şəhriyar, Məhəmməd Hadi küçələrində daha çox fəsad törədib.
Belə ki, bu küçələrdə yağış suları gediş-gəlişi tamamilə bağlayıb və sakinlərin həyətyanı sahələri yağış suları ilə dolub. Hazırda yaranan problemin aradan qaldırılması məqsədilə aidiyyatı qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub və zəruri işlər həyata keçirirlər.
Məsələ ilə bağlı 2 nömrəli Regional Sukanal İdarəsinin Kürdəmir Sukanal sahəsinin rəisi Arzu Şahbazov Bizim.Media-nın yerli bürosuna bildirib ki, hazırda idarənin bütün canlı qüvvəsi və texnikası səfərbər olunub:
“Küçələrdə suyun yığılıb qalması yağışın normadan artıq yağması ilə əlaqədardır. Çalışacağıq ki, günün sonuna qədər şəhər ərazisində yaranan bütün problemləri aradan qaldıraq”.
Bizim.Media, Aran bürosu