Şimal bölgəsinə Novruz tətili günlərində qar yağmağa davam edir.
Sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, Xınalıq, Qrız, Bostankeş, Əlik, Haput, Buduq və digər yaşayış məntəqələrinə və Quba-Xınalıq yolunun 50-ci km-dən yuxarı qar düşüb.
Xınalıq, Əlik və Qrız kəndlərində qarın hündürlüyü 15 sm-ə çatır.
Sakinlər yağan qarı ənənəvi olaraq bolluq-bərəkət rəmzi hesab edirlər. Novruz qarı ilə bayramda cücərdilən səməninin torpağa qarışması ilin bərəkətli gələcəyi kimi yozulur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu