Belarusda hərbi çevriliş planlaşdırmaqda şübhəli bilinən Yuri Zenkoviç və Aleksandr Feduta günortadan sonra Moskvanın müxtəlif küçələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabitləri tərəfindən tutulub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
FTX həbslə bağlı operativ video görüntüləri ictimaiyyətə açıqlayıb.
Şənbə günü Belarus Prezidenti Aleksandr Lukaşenko özünə və övladlarına qarşı sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya və Belarus kəşfiyyatçıları Lukaşenkoya qarşı sui-qəsdin qarşısını belə alıb – DETALLAR - VİDEO
Respublika prezidentinin dediyinə görə, bu işdə ABŞ xüsusi xidmət orqanlarının əli var. Eyni zamanda, qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil olub.
FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib ki, 9 mayda Minskdə hərbi çevriliş etməyi planlaşdıran vəkil Yuri Zenkoviç və belaruslu politoloq Aleksandr Feduta Moskvada nəzarətə alınıb.
Eyni qrupa, Belarus “KQB”sinə görə, müxalifət partiyasının lideri Qriqori Kostusev də daxil olub. O, respublika ərazisində tutulub.
Videoda Moskvaya gələn Zenkoviçin paytaxt hava limanında eskalatorla necə endiyi göstərilir. Əlində çamadan olan Zenkoviç küçədə Feduta ilə nəsə haqqında danışır. Üstəlik, Fedutanın çənəsində tibbi maska olub, Zenkoviçin isə maskası olmayıb.
Sonra əməliyyatçıların əvvəlcə Zenkoviçi saxlayaraq xidməti maşına mindirdikləri, daha sonra Fedutanı tutduqları lentə alınıb.
Onlar Moskvanın müxtəlif yerlərində ələ keçirilib.
Bu gün “Rusiya 1” telekanalında “Vesti nedeli” proqramında FTX-nın əməliyyat görüntüləri nümayiş olunub.
Moskva restoranlarından birinin VIP otağında olduğu iddia edilən Belarus generalları ilə görüşdə Feduta və Zenkoviç dərhal həmsöhbətlərinə məqsədlərinin Lukaşenkonın öldürülməsi olduğunu söyləyiblər.
Belarusun enerji sistemini tamamilə bağlamaq, daxili qoşunları və çevik polis qüvvələrini bloklamaq, müraciətlərini oxumaq üçün şəhərin mərkəzində bir radio stansiyasını və televiziya kanalını ələ keçirmək tapşırığı verilib.
Təklif edilib ki, hakimiyyətin Belarusun paytaxtına qoşun gətirə bilməməsi üçün Minsk mühasirəyə alınmalıdır.
Televiziya kanalının xəbər verdiyi kimi, Feduta və Zenkoviç Belarus hakimiyyət orqanlarında rəhbər vəzifələrdə olan, öldürülməsi və ya saxlanılması planlaşdırılan şəxslərin adlarının siyahısını restorana gətiriblər.
Zenkoviç məmurlar haqqında lazımi məlumatların Daxili İşlər Nazirliyinin, DTK-nın və Belarus İstintaq Komitəsinin serverlərini sındırmaqla əldə edildiyini söyləyib.
Şübhəlilər çevrilişin hazırlanmasında Kiyevdəki millətçiləri cəlb etməyi planlaşdırıblar.
Yığıncaqda Zenkoviç və Feduta həmsöhbətlərinə Lukaşenkonın əmlakını qarət etməyi və mənimsəməyi təklif ediblər.
Bizim.Media