Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Belarusda hərbi çevrilişin və prezident Aleksandr Lukaşenkonun həyatına sui-qəsd edilməsinin qarşısını alıblar. Onunla yanaşı oğulları da öldürüləcəkmiş.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “bbc.com” nəşri yayıb.
Mənbə yazır ki, bununla əlaqədar olaraq, Moskvada iki Belarus müxalifətçisi tutulub: politoloq Aleksandr Feduta və vəkil Yuras Zenkoviç (FTX-da adı Yuri kimi yazılıb). Xüsusi əməliyyat Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinə müraciətindən sonra həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenkonun özü və övladlarına qarşı sui-qəsdə cəhd edilib
17 aprel şənbə günü FTX-nın ictimaiyyətlə əlaqələr mərkəzi Rusiya FTX-sı ilə Belarus DTK-sının birgə əməliyyatı barədə məlumat verib.
Eyni zamanda Lukaşenko özünə və oğullarına qarşı sui-qəsd hazırlandığını və ölkədə hərbi çevriliş planlaşdırıldığını bildirib.
Təhlükəsizlik qüvvələri bir qiyam hazırlamaqda şübhəli bilinərək Rusiyada Belarusun iki vətəndaşını - politoloq Fedutanı və vəkil Zenkoviçi (Onun ABŞ vətəndaşlığı da var) saxlayıb.
Lukaşenko həbslərin Putindən kömək istədikdən sonra baş verdiyini söyləyib.
FTX bildirir ki, çevriliş Belarus və Rusiyanın Zəfər Gününü qeyd etdiyi 9 May tarixinə planlaşdırılıbmış. İddiaya görə, üsyançılar ölkə rəhbərliyini öldürdükdən sonra televiziya mərkəzlərini ələ keçirəcəklərmiş. Lukaşenko bunda amerikalıları günahlandırıb.
Lukaşenko jurnalistlərə iməcilik zamanı çevrilişin qarşısının alınması barədə danışıb. Oradan çəkilən görüntülər ilk olaraq "Pul Pervoqo" Telegram kanalında yayımlanıb.
Əvvəlcə Lukaşenkonun ağac əkdiyinin videoları verilib, sonra o, çevrilişdən söz açıb.
Xüsusilə Belarus prezidenti sui-qəsdçilərin oğlanlarını qaçırmaq istədiklərini söyləyib:
"Bunun üçün Qomel bölgəsində bir zirzəmi hazırlanıb”.
FTX açıqlamasında Fedutanı və Zenkoviçi "Belarusun radikal müxalifətinin ideoloqları" adlandırıb.
Xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, hərbi çevrilişin mayın 9-da Minskdə Qələbə Günü şərəfinə parad keçiriləcəyi zaman həyata keçirilməsi planlaşdırılıb.
Sui-qəsdçilər Rusiya təhlükəsizlik işçiləri tərəfindən tutularaq Belarus tərəfinə təhvil verilib.
Saxlanmanın video qeydləri, həmçinin iddia edilən üsyançıların görüşü Belarusun ONT kanalının efirində göstərilib. Süjetdə çevriliş planı “Sükut” kod adı ilə verilib. Kadrlarda söhbətdə iştirak edənlərin kafedə oturduğu əks olunur. Onlardan biri “bizim qarşımızda duran bir nömrəli tapşırıq, ən vacib şeyin aradan qaldırılmasıdır” deyir.
Fedutaya bənzəyən bir nəfər bildirir: "Minskdə ən azı 30 nəfər ilk saatdaca ələ keçirilməlidir”.
Belarusda tutulanlara qarşı cinayət iş açılıb.
Bizim.Media