Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ölkədə start verilən prezident seçkilərində səs verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, ənənəsinə uyğun olaraq Moskvada 73 saylı seçki məntəqəsində öz səsvermə hüququndan istifadə edib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritanov mübarizə aparır.
Bizim.Media