“Moskva Ermənistan rəhbərliyinin KTMT ilə bağlı ultimatum və bəzən təhqiredici ritorikasından təşvişə düşüb”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.
Zaxarova Ermənistanın KTMT-də iştirakı ilə bağlı sualı cavablayarkən qeyd edib ki, Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır, bu, təəccüb doğurur:
“Moskva hazırda Ermənistan rəhbərliyinin bu təşkilatla bağlı tez-tez səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz tərzdə olan ritorikasından narahatdır”.
Bizim.Media