Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı çıxılmaz vəziyyətdə qalıb.
Bizim.Media "News.amTv"-ə istinadən xəbər verir ki, Paşinyan buraya səfəri zamanı ikinci Qarabağ müharibəsində ölən əsgərlərin məzarlarını da ziyarət etmək istəyib.
MÖVZU İLƏ BAĞLI:
Nikol Paşinyan dünən parlamentə içkili halda gəlib – Erməni mediası
Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib.
"Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm", - deyə ölən hərbçinin yaxını Paşinyana bildirib.
O qeyd edib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.
Bizim.Media