Türkiyədə terror təşkilatları və onların üzvlərinə qarşı əməliyyatlar davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında məlumat verib.
“İstanbulda yerləşən 2 vilayətdə DHKP/C və MLKP Terror Təşkilatlarına qarşı eyni vaxtda həyata keçirilən "BOZDOĞAN-10" əməliyyatlarında 20 şübhəli saxlanılıb.
Dualarınız və dəstəyinizlə son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz qətiyyətlə davam edəcək”, - deyə nazir qeyd edib.
Bizim.Media