Qazaxıstanda baş verən zəlzələnin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə video Telegram kanallarında yer alıb.
Xatırladaq ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi zəlzələnin episentrinin Almatıdan 31 km aralıda, maqnitudasının 6,1 olduğunu dəqiqləşdirib. Şəhərdə yeraltı təkanların gücü 5 bal olub.
Rəsmi məlumata görə, Qazaxıstanda baş verən güclü zəlzələ zamanı ölən olmayıb. Afterşoklarla bağlı vətəndaşlara xəbərdarlıq edilib.
Bizim.Media