Çadın paytaxtı Ncamenda atışma səsləri eşidilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Liberation” məlumat yayıb.
Məlumata görə, şəhərdə hərbçilərin və zirehli texnikanın hərəkəti də müşahidə olunub.
Hökumət qüvvələrinin müxalif Sərhədsiz Sosialist Partiyasının qərargahına hücum etdiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl bir neçə nəfərin ölümü ilə nəticələnən Çad Milli Təhlükəsizlik İdarəsinin binasına hücum barədə məlumat verilib. Hökumət hər iki hücumda müxalifəti ittiham edib.
Bizim.Media