“Xocalı cəlladı” Vitali Balasanyanın Əsgərandakı villasının GÖRÜNTÜLƏRİ - VİDEO

Hazırda oxunan: “Xocalı cəlladı” Vitali Balasanyanın Əsgərandakı villasının GÖRÜNTÜLƏRİ - VİDEO

180191

Qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyanın işğaldan azad olunmuş Əsgəran rayonunda yerləşən villasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, İctimai Televiziyanın (İTV) əməkdaşı Balasanyanın villasından süjet hazırlayıb.

Süjetdə “Xocalı qatili”nin villasındakı kitabları, şəxsi əşyaları, eləcə də antiteror tədbirləri zamanı qoyub qaçdığı mundiri əks olunub. 

Qondarma rejimin cinayətkar məmuru villanı məhz Əsgəran-Xocalı yolunda, 1992-ci ilin fevralında amansızcasına qətlində iştirak etdiyi Xocalıların qanına bulaşmış Qarqar çayının sahilində inşa etdirib. Villanın eyvanından Əsgəran qalasına mənzərə açılır.
Xatırladaq ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun “müdafiə nazirinin müavini” olub. O, separatçı qurumun “prezident seçkiləri”ndə də iştirak edib. 

Sözügedən videomaterialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin