Rusiya ordusu Ukraynaya raket və dronlarla hücum edib.
Bizim.Media Ukraynanın Telegram kanallarına istinadən xəbər verir ki, partlayışlar Ukraynanın Kiyev, Xarkov, Nikolayev, Lvov və Çerkassı vilayətlərində baş verib. Yaşayış binalarına və infrastruktura ziyan dəyib. Bəzi yerlərdə yanğınlar olub.
Lvov vilayətindəki raket Polşa istiqamətinə doğru uçub və sərhədə 20 km qalmış 180 dərəcə geri dönüb. Polşanın üç F-16 təyyarəsi raketin qarşısını almaq üçün havaya qalxıb.
Ukraynaya kütləvi hücum nəticəsində insan tələfatı ilə bağlı ilkin məlumatlar ortaya çıxıb. Kiyevdə 11 nəfər, o cümlədən hamilə qadın yaralanıb. 18 mərtəbəli binaya ziyan dəyib. Dağıntılar altında ölənlərin olduğu deyilir.
Nikolayevdə 1 nəfər ölüb. 20 fərdi evə və qaz şəbəkəsinə ziyan dəyib. Xarkov vilayətində isə 2 nəfər xəsarət alıb.
Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, ölənlərin sayı 4 nəfərə çatıb. O bildirib ki, ölənlərin hamısı 18 mərtəbəli yaşayış binasının sakinləridir. Daha 32 nəfər yaralanıb.
Bizim.Media