Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən hissəsində bir istiqamətdə işıqlandırma yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, işıqlandırmanın olmamasına səbəb həmin ərazidə qəza baş verməsi olub:
“Qəza səbəbindən yaranan texniki problemin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İddia edilən kimi hər gün axşam saat 20:00-dan sonra yolun sözügedən hissəsində işıqlandırmanın olmaması həqiqəti əks etdirmir”.
Bizim.Media