Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land-Rover” markalı, “10-KE-815” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib.
Bizim.Media xəbər verir ki, sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Piriyev Anar Fəqani oğlu saxlanılıb.
Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində “77-AX-540” olduğu, amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib.
Bizim.Media