İmam Hüseynin şəkli olan tort hazırladılar – “Onu öldürənlərdən fərqiniz yoxdur” – VİDEO 

Hazırda oxunan: İmam Hüseynin şəkli olan tort hazırladılar – “Onu öldürənlərdən fərqiniz yoxdur” – VİDEO 

175211

Sosial şəbəkələrdə yayılmış bir video ciddi narazılığa və etirazlara səbəb olub. Videodan aydın olur ki, kimlərsə İmam Hüseynin surətini tortun üzərinə həkk edib.  Ən pisi isə odur ki, şəkildə İmam Hüseynin Kərbala çölündə kəsilmiş qanlı başının görüntüsü tortda əks olunub.

Bəs, bu cür addımlar İslami dəyərlərə nə qədər uyğundur? 
 

MÖVZU İLƏ BAĞLI:

Körpəyə Kərbəla torpağı yedirdən şəxsə SƏRT REAKSİYA – “İmam Hüseyni belələri şəhid edib”


Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, İmam Hüseynin və ya digər Əhli-Beyt imamların şəkillərini, heykəllərini, timsallarını düzəldib onların ölüm və ya doğum günlərində nümayiş etdirmək İslam dinini, Əhli Beyti, Peyğəmbərimizi təhqir etməkdir:

“Bu ənənə farslardan keçib. Peyğəmbərimiz İslamı yayanda bütləri, şəkilləri, heykəlləri ləğv etdi. Lakin bu gün farslar bütpərəstliyi dirçəldir və buna İslam adını qoyurlar. Ələlxüsus da son zamanlar imamların başının timsalında tort düzəldirlər, sonra da onu kəsib yeyirlər. Bu İslamdan əvvəlki bütpərəstliyin qalığıdır. O zaman müşrik ərəblər halvadan səyyar büt düzəldib, səfərə çıxanda ibadət edərdilər. Sonra da qida tükənib ac qalanda həmin bütü parçalayıb yeyərdilər”.

İlahiyyatçı onu da qeyd edib ki, imamların yolunda olanlar əsla belə işlər etməz:

“Bunu edənlər müsəlman cildinə girib Yezidin yolunu gedənlərdir. Əhli-beytin yolu elm, irfan, maarifçilik, əxlaq, mənəviyyat yoludur, tortun üstünə İmam Hüseynin başını çəkib sonra da yemək yolu deyil. 

Bu işi ilk dəfə Şam hakimi Müaviyyə bin Əbu Süfyanın oğlu Yezid edib. İmam Hüseyni və yaxınlarını Kərbəlada şəhid etdikdən sonra onların başını nümayiş etdirib, yeməklər hazırladıb, başları sinilərə qoyub gəzdirib. İndi də Yezidin bu adətini farslar davam etdirir.

Ciddi çalışmaq lazımdır ki, farsların bu çirkin və İslamı təhqir adəti bizə də sirayət etməsin. Bu xurafatı da o tərəfə keçən bir adətdir. 

İmam Hüseynin başının timsalında tort bişirib yeyəcəksən, o da sonra nəcisə çevriləcək? Yaxud o başın timsalında olan tortu bıçaqla kəsənlərlə Kərbəlada İmam Hüseynin başını kəsənlərin nə fərqi var? Yezid bir dəfə kəsdi, ancaq farslar imamların başını hər gün kəsir”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin