Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev - VİDEO

Hazırda oxunan: Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev - VİDEO

17503

Azərbaycan ənənəvi olaraq türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayır.

Bizim.Media xəbər verir ki, bunu trend-ə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, Türk Şurası Azərbaycan torpağı Naxçıvanda yaradılıb və Türk Şurası müqaviləsi Naxçıvan sazişi adlanır:

"Türk Şurasının fəaliyyətinin ilk günlərindən Azərbaycan diqqət mərkəzində olub.
 

MÖVZU İLƏ BAĞLI:

''Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq'' - Bağdad Amreyev


Bu, təbii haldır, çünki, Azərbaycan türk dünyasının coğrafi mərkəzində yerləşir və türk dünyasının böyük hissələri - Mərkəzi Asiya və Anadolu arasında əlaqələndirici rol oynayır. Bundan başqa, məhz Azərbaycan Prezidenti İlham Əliyev vacib birləşdirici rol oynayır".

O vurğulayıb ki, ötən il və bu il Azərbaycanın Türk Şurasında sədrlik müddətidir: "Bu sahədə Azərbaycan böyük iş görüb, çoxsaylı görüşlər keçirib. Bu gün Bakıdakı nazirlər görüşündən əvvəl nazirlər səviyyəsində çoxsaylı görüşlər olub, 2019-cu ilin oktyabrında Bakıda tarixi sammit baş tutub.

Məhz Bakı sammitindən başlayaraq türk dünyası yeni inkişaf, yaxınlaşma mərhələsinə qədəm qoydu. Ona görə də Bakı sammiti türk dünyasının inkişafının tarixi dönüş nöqtəsi oldu".

B.Amreyev deyib ki, Qarabağda işğal olnmuş ərazilərin azad edilməsi uğrunda müharibədəki qələbə sayəsində qardaş Azərbaycan türk dünyasının birliyinə böyük töhfə verdi:

"Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu və bu qələbə xalqlarımıza güclü təkan, böyük həvəs verdi. Ədalət zəfər çaldı və Qarabağda qələbədən sonra Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artdı.

Hələ qələbədən bir həftə əvvəl, noyabrın 2-də Türk Şurası ölkələrimizin ticarət-sənaye palatalarının rəhbərlərinin, eləcə də iş adamlarının görüşünü təşkil etdi. Noyabrın 2-də biz Bakıya gəldik və Prezident İlham Əliyevlə görüşdə şirkətlərimizin azad edilmiş ərazilərdə bərpa işlərində iştirakı məsələsini müzakirə etdik. Əlbəttə, bu elə də asan deyil, əvvəlcə əsas infrastrukturu bərpa etmək, layihələr hazırlamaq lazımdır".
 

O xatırladıb ki, bu ay Şura türk ölkələri şirkətlərinin Qarabağda bərpa işlərində iştirakına həsr olunmuş böyük biznes forum keçirməyi planlaşdırır: "Fikrimcə, Türk Şurası və Azərbaycan Sahibkarlar İttifaqı tərəfindən təşkil olunacaq bu görüş zamanı biz ölkələrimizin çox sayda şirkətini bərpa işlərinə cəlb edə biləcəyik.


Biz bu işləri gündəlik əsasda keçiririk. Harada olsam, hansı ölkəyə getsəm, işgüzar dairələrlə görüşlər keçirirəm və onları bu layhələrdə fəal iştirak etməyə çağırıram. Ümid edirəm ki, ölkələrimizin işgüzar dairələri bunda fəal iştirak edəcək. Bundan başqa, biz türk təşkilatı olaraq işğal olunmuş ərazilər azad edildidən dərhal sonra Ağdamı, Füzulini ziyarət etdik, ümid edirəm ki, tezliklə Şuşaya səfər edəcəyik.

Biz Qarabağın tamamilə dağıdılmış mədəniyyət obyektlərinin bərpası üçün səy göstərəcəyik. Biz tikililərin bərpası üçün ölkələrimizin potensialının cəlb olunması üçün çalışacağıq.

Bəzi ölkələr artıq hazır olduğunu bildirib. Məsələn, Türkiyə, Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazırdır".

Türkdilli ölkələrin koronavirusa qarş mübarizədə əməkdaşlıq məsələsinə toxunan B.Amreyev qeyd edib ki, bu ölkələr və türk dünyasının liderləri koronavirus pandemiyasına ilk reaksiya göstərənlərdən olub:
 

"Bizim liderlərimiz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sammit keçirib və bu, dünyada pandemiyaya həsr olunan ilk sammit, eləcə də videokonfrans formatında ilk sammit olub. Liderlərimiz bu sahədə fəaliyyətin əlaqələndirilməsi üçün tez qərar qəbul etdilər və bu görüşdən sonra səhiyyə nazirlərinin görüşünü keçirdik, Əlaqələndirmə komitəsi yaratdıq, tədarük üzrə qrup və elmi qrup yaratdıq.


Tədarük qrupu dərhal ölkələrimizə zəruri tibbi avadanlığın, humanitar yüklərin tədarükü ilə məşğul oldu. Elmi qrup isə müalicə protokolu üzərində aktiv işlədi və müalicə üsulları, düzgün dərman seçimi, dərman istehsalı, eləcə də vaksin hazırlanması barədə fikir mübadiləsi apardı.

Elmi qrup səmərəli işləməkdə davam edir və ölkələrimizdə pandemiyanın ağır fəsadlarının yumşaldılmasında kömək göstərir.

Bu baxımdan, nazirliklərimiz, tibb sahəsində rəsmi şəxslərimiz və alimlərimiz böyük iş görüb".

O xatırladıb ki, Şura pandemiya ilə bağlı nəqliyyat, iqtisadiyyat, təhsil nazirlərinin bir neçə görüşünü təşkil edib: "Bir müddət əvvəl biz energetika nazirlərinin pandemiya ilə mübarizədə hansı töhfələrin verilməsinin mümkünlüyü ilə bağlı görüş keçirdik. Bu görüşlər çox uğurlu olub.

Bunların sayəsində ölkələrimiz arasında yaşıl dəhliz mövcuddur və nəqliyyat sahəsində sıx əlaqələr sayəsində tibbi preparatlar əlavə bürokratik əngəllər olmadan nəql edilir.

Ölkələrimiz sıx əməkdaşlığı davam etdirir. Artıq vaksinasiya müddəti başlayır, biz bu sahədə sıx təmasdayıq".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin