Çinin Ciansi əyalətinin Sinyu şəhərində hündür mərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 39 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Yanğının baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. İddialara görə, dağıntılar altında qalanlar var.
Qeyd edək ki, bina biznes və ticarət mərkəzi kimi fəaliyyət göstərir. Orada hazırlıq kursları, internet-kafe, və gənclər üçün digər xidmət obyektləri var.
Bizim.Media