Surqutdan Moskvaya uçan təyyarə sərnişinlərdən birinin zorakı davranışı səbəbindən Perm hava limanında təcili eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında görüntülər yayılıb.
Belə ki, yanvarın 18-də saat 20:05-də Permin “Bolşhoye Savino” hava limanında 296 saylı Surqut-Moskva reysi təcili eniş edib. Buna səbəb təyyarədə sərnişinin aqressiv davranışı olub.
Hadisənin baş vermə səbəblərini Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Bizim.Media