Azərbaycanda dağlıq rayonların birində yol nişanının sökülərək atılmasını əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülərdə gənc oğlanın dönmə işarəsini sökdüyü görünür. Belə ki, işarənin sürücüləri çaşdırdığını bildirən şəxs onu yerindən çıxararaq kənara atıb.
Baş Dövlət Yol Polisi İdarəsindən qafqazinfo.az saytına bildirilib ki, hadisə barədə araşdırma aparılır.
Həmçinin qeyd edilib ki, həmin işarə qanunvericiliyin tələbinə uyğun yerləşdirilib və hər hansı yanlışlıq olmayıb:
“Araşdırmanın nəticəsi barədə rəsmi məlumat veriləcək”.
Bizim.Media