Qərbi Azərbaycan Xronikası: Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - VİDEO

173909

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin məkrli siyasətinin hədəfi seçilən, rus və erməni millətindən olan ayrı-ayrı  şəxslərin adını vermək bəһanəsi ilə toponimi dəyişdirilən Ellər rayonu haqqında süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Ellər rayonunun adı niyə 4 dəfə dəyişdirilib?” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılmasından, məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olduğu bildirilir.

Qeyd olunub ki, Ellər rayonu Qərbi Azərbaycanın Qırxbulaq mahalı ərazisində yerləşən qədim oğuz yurdlarından biridir:

“Bütün dövrlərdə azərbaycanlıların yaşadığı bu məkan orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının tərkibinə daxil olub. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində Ellər rayonunun da əhatə olunduğu  mahalda 26 kənd dağıdılıb. 1905-ci ildə isə Ellər rayonu ərazisində üç kənd tamamilə məhv edilib. Həmin ildən başlayaraq azərbaycanlılar sıxışdırılıb və 1906-cı ildən burda ermənilər məskən salıb.

Nəhayət, 1930-cu il sentyabrın 9-da ərzisi 844 kvadrat kilometr olan Ellər rayonu yaradılıb. 1961-ci il oktyabrın 12-dək Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. 1990-cı ildə isə Abovyan bölgəsi yenidən Kotayk adı ilə əvəz olunub. Buradan İrəvan şəhərinə olan məsafə 16 kilometr təşkil edir”.
Diqqətə çatdırılıb ki, Stalin tərəfindən azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarının imzalanmasından sonra Ellər rayonu üzrə vəziyyət daha da acınacaqlı hal alıb:

“Məhz bu rayon 1948-1951-ci illərdə baş verən köçürmə siyasətinə ən çox məruz qalan məkanlardan biridir. Həmin illərdə rayonun türk əhalisi Azərbaycana köçürülüb. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılıb. 1988-ci ilin son deportasiyasında azərbaycanlıları bu ərazilərdən tamamilə çıxarmaqla ermənilər addəyişmə əməliyyatlarını daha da asanlaşdırıblar. Belə ki, rayon üzrə, təqribən, 30-dan çox tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə inzibati mərkəzi Axta, yəni dəyişdirilmiş adı  Hrazdan olan Kotayk mərzliyi yaradılıb. Bu mərzliyə Ellər rayonu, yəni Abovyan, Dərəçiçək, yəni  Tsaxkadzor şəhəri, eləcə də Byureqavan və Çarentsavan şəhər tipli qəsəbələri daxildir”.

Sonda vurğulanıb ki, oğuz yurdlarına yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi saxtakarlıq üzrə məşhurluq qazanıblar:

“Özlərini dünyaya məsum göstərən ermənilərin bu cür bəd əməllərinin qurbanı isə daim Qərbi azərbaycanlılar olub. Lakin bütün çətinliklərə baxmayaraq, oğuz türkləri doğma yurd yerlərinə yenidən qayıdışın sevincini yaşayacaqlar”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin