“Ukrayna vətəndaşları ölkəyə qayıtmalıdırlar. Əgər səfərbərlik yaşındasınızsa, Ukraynada olmalısınız və bu, faktdır. Bu məsələ qadınlara, uşaqlar və ya səfərbərlik yaşına çatmayan vətəndaşlara aid deyil, onlar azaddırlar".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən yekun konfransda çıxışı zamanı bildirib.
Zelenski qeyd edib ki, Ukraynada sadəcə nəfəs almaq üçün yaşamaq mümkün deyil:
“Biz müharibə vəziyyətindəyik. Ya döyüşməli, ya da işləməlisən”.
Bizim.Media