Oğlu İranda həbsdə olan ana: "Elə dərmanlar verərlər ki..." - VİDEO

Hazırda oxunan: Oğlu İranda həbsdə olan ana: "Elə dərmanlar verərlər ki..." - VİDEO

173413

İranda guya casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun vəziyyətindən narahatdır.

Bizim.Media xəbər verir ki, o, oğlunun intihar edəcəyindən qorxur.

Dilarə Əsgərova bildirib ki, oğlu ilə hər gün telefonla danışır. Artıq son vaxtlar Fəridin psixoloji vəziyyətinin yaxşı olmadığını görür.

D.Əsgərovanın sözlərinə görə, Fərid həm tutulmağına qarşı etiraz edir, həm də düşünür ki, ona alışqanlıq yaradan dərmanlar verə bilərlər:

"Həmişə həyatını səmərəli keçirən Fərid bu cür şəraitdə günahsız yerə tutulması ilə barışa bilmir".

Dilarə Əsgərova müraciətinin dövlət rəsmilərinə çatdırılmasını, tezliklə oğlunun azadlığa qovuşmasını istədiyini bildirib.
Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli ötən il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən Fəridlə əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb və məhkəmənin gedişində maddə casusluğa cəhdlə əvəzlənib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

Daha ətraflı Xəzər televiziyasının süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin