Cənubi Koreyanın Pxençxan şəhərində yanacaqdoldurma məntəqəsində öncə qaz sızıb, sonra partlayış olub. Ərazidən keçən sürücülər isə bunu qatı duman kimi qəbul edərək yollarına davam ediblər. Nəticədə 5 nəfər yanıq xəsarəti alıb.
Bizim.Media xəbər verir ki, partlayışın görüntüləri telefonla çəkilərək Telegram kanallarında yerləşdirilib.
Mənbə yazır ki, insident zamanı 14 binaya və bir neçə avtomobilə də ziyan dəyib.
Bizim.Media