Ötən gecədən başlayan güclü külək Siyəzən rayonunda fəsadlara yol açıb.
Siyəzən rayon icra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, qasırğa Siyəzən şəhərində, Heydər Əliyev küçəsində iki çoxmənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub.
Bundan əvvəl külək ağacları aşırıb, rayon mərkəzində mağaza və ictimai-iaşə obyektlərinin qapı və pəncərələrini dağıdıb.
Siyəzən rayon FHK dəyən zərərin dəqiqləşdirilməsini aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu