Türkiyədə cari ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələnin xatirəsinə nəhəng rəsm çəkilib.
Bizim.Media xəbər verir ki, yeraltı təkanlar nəticəsində sözün əsl mənasında yerlə-yeksan olan Hatay xarabalığında bir-birini tutan iki əl rəsmi çəkilib.
700 m² ölçüdə çəkilən rəsmin ərsəyə gəlməsində təbaşir və kömürdən istifadə edilib. Qeyd edək ki, cari ildə fevral ayının 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.
Bizim.Media