Avropa Parlamentinin Litvadan olan üzvü Rasa Juknevičiene Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
"Orban kimə işləyir? Putinə. Bəs siz niyə onun qarşısını almaq üçün heç nə etmirsiniz? Aİ-nin daxildən necə məhv edildiyini görmürsünüzmü?" - deyə o, qeyd edib.
Xatırladaq ki, Litva rəsmiləri vaxtaşırı Azərbaycana qarşı da sayğısızlıq edirlər.
Belə ki, Litvadan olan bir qrup deputat ötən ayın sonlarında Ermənistan-Azərbaycan sərhədinə baş çəkib və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib.
Bu ayın əvvələrində isə Litva Müdafiə Nazirliyi hərbi qulluqçularının asudə vaxtlarında Azərbaycana səyahət etməsinə qadağa qoyub.
Bizim.Media