İntensiv yağıntılar nəticəsində çayda sel sularının çoxalması Astaranın Miki kəndini rayon mərkəzi ilə birləşdirən körpünü qəzalı vəziyyətə salıb.
Bizim.Media xəbər verir ki, körpünün alt hissəsində torpaq qatının yuyulması ərazidə təhlükəli vəziyyət yaradıb.
Sakinlər son günlər düşən intensiv yağıntılardan sonra burada vəziyyətin daha da çətinləşə biləcəyindən narahatdırlar:
“Alternativ yolumuz yoxdur, tək keçid buradandır. Körpü uçsa, nə məktəbli buradan keçə biləcək, nə də yaşayışımız olacaq. Bütün yaşayışımız bu yola bağlıdır”.
Ətraflı süjetdə:
Bizim.Media