Hindistanda koronavirusa qarşı tələb olunan əsas qaydalardan biri də ictimai yerlərdə maskadan istifadə edilməsidir.
Qaydanı pozanlar inzibati qaydada cəzalandırılır. Lakin bu dəfə Hindistan polisi maska taxmayanlara qarşı fərqli cəza üsulu tətbiq edib.
Bizim.Media-nın məlumatına görə, qanuna riayət etəməyənlərə “qaz kimi yerimək” cəzası verilib.
Bununla bağlı sosial media hesablarında video görüntülər yayılıb.
Belə ki, maska taxmayanlar şəhərin mərkəzində sıra ilə düzülərək “qaz yerişi” sərgiləyiblər.
Həmin kadrları təqdim edirik:
Bizim.Media