Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı işıqlar sönüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, həmin an iclasda olan baş nazir Nikol Paşinyan və hökumət üzvləri qaranlıqda qalıblar.
Paşinyan işıqlar yandırıldıqdan sonra Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı tənqid edib.
“Mən elə bu barədə danışırdım. Ölkədə elektrik enerjisi keyfiyyətsizdir, hətta dövlət binalarında belə, idarələrdə işıqlar daim sönür”, - deyə o bildirib.
Bizim.Media