Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər. 
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 
Qeyd edilib ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib. 
Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib. 
Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir. 
 

- A-
- A
- A+
Multimedia
							12:34 / 23.11.2023
							
						Xüsusi təyinatlılarımız paraşüt tullanışları icra etdilər - VİDEO
						
							
								Hazırda oxunan: Xüsusi təyinatlılarımız paraşüt tullanışları icra etdilər - VİDEO 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Xüsusi təyinatlılarımız paraşüt tullanışları icra etdilər - VİDEO 							
						165741
					Bizim.Media
 
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































