Avtobusların rahat və fasiləsiz hərəkəti üçün Bakı-Sumqayıt şossesində istifadəyə verilən avtobus zolağında qanunu pozan sürücülərə rast gəlinir.
Bizim.Media xəbər verir ki, bu səbəbdən əraziyə kameralar quraşdırılıb və cərimələr tətbiq olunur.
İddia olunur ki, yolda kameralar quraşdırılana qədər qanun pozuntusunun qarşısını almaq üçün avtobuslarda nəzarət kameraları quraşdırılıb. Bu vasitə ilə də ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa çıxan digər hərəkət iştirakçıları müəyyən edilərək cərimələnir.
Baş Dövlət Yol Polisi İdarəsi isə iddiaları təkzib edib.
Bildirilib ki, sözügedən ərazidə ümumi istifadədə olan avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi qadağandır və inzibati məsuliyyət yaradır:
“Sürücülərdən xahiş olunur ki, avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaratmasınlar. Əks halda barələrində qanuna müvafiq tədbirlər həyata keçiriləcək”.
Daha ətraflı videomaterialda:
Bizim.Media