Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO 

Hazırda oxunan: Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO 

165473

Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən qətlə yetirildiyi yerdən görüntülər yayımlanıb. 

Bizim.Media xəbər verir ki, Salatın Əsgərova Laçının Qaladərəsi kəndində qətlə yetirilib. 

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində anadan olub.

"Molodyoj Azerbaydjana" qəzetində çalışan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında qanunsuz erməni hərbi dəstələrinin hücumuna məruz qalıb. Həmin silahlı hücum zamanı reportajları ilə Qarabağdakı erməni cinayətlərini işıqlandıran Salatın Əsgərova ilə yanaşı, Sovet ordusunun 3 hərbçisi də həlak olub. 

İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. O, 1992-ci il 6 noyabr tarixində ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
Ərazidən görüntüləri təqdim edirik: 
 







Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin