Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılar arasında atışma olub.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, münaqişə səhər saat 5-də Ryazanski prospektində yerləşən və şaurma satılan "fast food" pavilyonunda baş verib.
Kamran Qarayev özündən yaşca kiçik olan satıcı Nazim Musayevlə mübahisə edib.
Nəticədə Kamran tənbəllik etməyib, ərazidən uzaqlaşaraq 16 kalibrli "Bekas-3" odlu silahı ilə bir neçə saatdan sonra geri qayıdıb.
Mübahisə metronun foyesində davam edib. Sonda silahdan atəş açılıb. Güllə tavana dəyib. Kamran metronun təhlükəsizlik işçiləri və sərnişinlər tərəfindən saxlanılıb. Müəyyən edilib ki, atəş açan şəxsin “Bekas”a icazəsi, həmçinin mühafizəçi işlədiyi haqda vəsiqəsi var.
Ona qarşı cinayət işi açılıb.
Bizim.Media