“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun dırnaqarası dostları sayılan Qərb əlaltıları Azərbaycanla razılaşmaları pozurlar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın növbəti demarşı - Paşinyan KTMT-nin sammitinə getməyəcək
Zaxarova bildirib ki, məhz onlar üçtərəfli razılaşmaların həyata keçirilməsinə, İrəvanla Bakının barışmasına mane olurlar:
“ABŞ və Avropa İttifaqının tövsiyəsi əsasında hərəkət edən Ermənistan regional kommunikasiyaların gələcək konfiqurasiyası ilə əlaqəsini kəsmək riski ilə üzləşir”.
O bildirib ki, Rusiya Federasiyası Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun razılaşmaları çərçivəsində şəffaf, qarşılıqlı faydalı şərtlərlə Cənubi Qafqazda kommunikasiyaların tamamilə açılmasının tərəfdarıdır.
Bizim.Media