İsrail Müdafiə Qüvvələri Qəzza zolağının qərbində iki məscidi bombalayıb.
Bizim.Media xəbər verir ki, Əl-Səhva və Xalidə ibn Əl-Valid məscidləri iki dəqiqə ara ilə dağıdılıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media