Laçında keçirilən Zəfər Günü maraqlı anlarla yadda qaldı - FOTO/VİDEO 

Hazırda oxunan: Laçında keçirilən Zəfər Günü maraqlı anlarla yadda qaldı - FOTO/VİDEO 

163559

Laçın şəhərində Zəfər Günü münasibətilə silsilə proqramlar çərçivəsində keçirilən tədbirlər maraqla qarşılanıb. 

Bizim.Media xəbər verir ki, Bayraq Meydanından start götürən hərbçilərin Bayraq yürüşü orkestrin müşayiəti altında keçirilib. Yürüşə həmçinin rəsmi şəxslər və Laçın sakinləri də qoşulub. 

Laçın şəhərinin Seyrəngah adlı ərazisinə qədər davam edən yürüş başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi başlayıb.

Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla anılıb. 

Orkestr ifaları, müsabiqələr və uşaqlar üçün təşkil edilən şou maraqlı anlara səbəb olub. Müsabiqə qalibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

Zəfər Günü tədbiri Laçın şəhər bulvarında təşkil edilən konsert proqramı ilə davam edib. Tanınmış müğənnilərin ifaları, aktyorların çıxışları izlənilib. Konsert proqramı laçınlılar tərəfindən alqışlarla qarşılanıb. 
Axşam ssatlarında isə Seyrəngah adlı məkanda laçınlılar üçün bayram ziyafəti təşkil olunub. 
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin