“Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi böyük önəmə sahibdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.
"Xəttin açılması bütün bölgə ölkələrinin rifahına töhfə verməklə yanaşı, Türkiyəni də ata yurdu olan Orta Asiyaya bağlayacaq. Bu mərhələnin uğurla tamamlanması üçün Türk Dünyası olaraq Azərbaycana olan dəstəyimizi davam etdirməliyik", - deyə R.T.Ərdoğan bildirib.
Bizim.Media